Xəbər axtarın

Son axtarış nəticələri:

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO

20.11.2026 15:48

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO
Tanınmış müğənni və aktrisa Cennifer Lopez Los-Ancelesdə “The JLo Show: Live in Las Vegas” filminin premyerasına qatılıb.

Primeinfo.az xəbər verir ki, 57 yaşlı sənətçi tədbir üçün “Dolce & Gabbana” brendindən libas seçib. O, obrazını xəz detallı, atlaz plaşla tamamlayıb.

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO

Gecənin ən diqqətçəkən detalı isə müğənninin boyunbağısı olub. Ağ qızıldan hazırlanan “Sicilia” kolleksiyasına aid zinət əşyası şəffaf və sarı brilyantlarla bəzədilib. Boyunbağının mərkəzində armud formalı, çəkisi 100 əyyarı ötən nadir təbii sarı brilyant yer alıb.

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO

Cey Lo görünüşünü eyni kolleksiyadan olan sırğalar və üzüklərlə tamamlayıb. Zinət əşyaları dəstinin ümumi dəyərinin 10 milyon dolları ötə biləcəyi bildirilir.

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO

 

Cenifer Lopez gecəyə 10 milyonluq zinət əşyası ilə qatılıb - FOTO

Paylaş: