Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Rusiya və Çin ilə dialoqun vacibliyini bildirib

19.11.2026 14:24

Tramp Rusiya və Çin ilə dialoqun vacibliyini bildirib

Dünyanın üç ən böyük ölkəsinin liderləri olaraq, yalnız xalqlarımıza deyil, bütün dünyaya təsir edən məsələlərlə bağlı açıq, qarşılıqlı hörmətə əsaslanan və səmərəli dialoq aparmaq kimi xüsusi məsuliyyət daşıyırıq.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə üçtərəfli görüşdə deyib.

“Heç bir problem danışıqlardan imtina etməklə həll olunmur. Sülhə nail olmaq üçün danışıqlar aparmaq imkanlarından üz döndərmək olmaz”, – Tramp bildirib.

Paylaş: