Xəbər axtarın

Son axtarış nəticələri:

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər SAXLANILDI

18.11.2026 11:53

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər SAXLANILDI
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Paylaş: