
Özbəkistanda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Özbəkistan Respublikasının Qaşqadərya vilayətində keçiriləcək “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçiriləcək.