Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: "Türk dünyası Avrasiyanın qəlbidir" - FOTO - VİDEO 

02.10.2026 11:12

İlyas Topsakal: "Türk dünyası Avrasiyanın qəlbidir" - FOTO - VİDEO 

“Türk dünyası Avrasiyanın qəlbidir”. 

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal Bişkekdə keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq nüfuz konkret dəyər və imkanların ortaya qoyulması ilə formalaşır:

“Bunu çox yaxşı bilməliyik. Beynəlxalq nüfuz masaya nəsə gətirməklə qazanılır. Türk dünyası masaya yol gətirəcək, enerji gətirəcək, sülh və sabitlik gətirəcək. Buna görə də Avrasiyanın ürəyinin türk dünyası olduğunu deyirik. Masamız hər kəs üçün açıqdır. Bu masanı birlikdə quracağıq və onun qaydaları bizim ənənələrimizə əsaslanacaq”.

İlyas Topsaqal Bişkekdə keçirilən görüşün Ankarada keçiriləcək zirvə toplantısında müzakirə olunacaq məsələlər baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

“Bir sözlə, Bişkekdəki bu söhbət Ankara sammitinə aparılacaq mühüm bir qazancdır. Biz heç kimə qarşı deyilik, bu hövzədə sülh və sabitliyin təmin olunması üçün varıq”, – deyə o bildirib.

O, “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” toplantısının təşkilinə görə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinə, Türkiyənin Bişkekdəki səfirliyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, panelin iştirakçılarına və tədbirə ev sahibliyi edən qırğızıstanlılara təşəkkür edib. İlyas Topsaqal, həmçinin tədbirə göstərdikləri maraq və əməyə görə media nümayəndələrinə minnətdarlığını bildirib.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: