Xəbər axtarın

Son axtarış nəticələri:

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

28.10.2026 15:37

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Primeinfo.az xəbər verir ki, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.

Paylaş: