Xəbər axtarın

Son axtarış nəticələri:

Rauf Arifoğludan MÜHÜM açıqlama: “İlham Əliyevlə Ərdoğan arasında rol bölgüsü var” - VİDEO

28.10.2026 16:30

Rauf Arifoğludan MÜHÜM açıqlama: “İlham Əliyevlə Ərdoğan arasında rol bölgüsü var” - VİDEO

“Mən hər zaman düşünürəm ki, iki qardaş – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan müəyyən rol bölgüsü həyata keçiriblər. Hər kəsi əhatə etmək və ya nəzarətdə saxlamaq üçün”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” platformasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu bildirib.

O, Azərbaycan-Türkiyə münasibətlərini, iki ölkə liderlərinin yürütdüyü siyasəti şərh edib:

“BƏƏ və İsraillə biz rol bölgüsündə iş aparırıq, amma yenə də qardaşıq. Körfəzin digər ölkələri – Qətər, Səudiyyə və s. ilə Ərdoğan iş aparır. Və yekunda biz – iki qardaş prosesə nəzarət edə bilirik. Əslində, belə idi. Mən əminəm ki, indi də belədir. Sadəcə, auditoriya elədir ki, cənab Ərdoğan deyə bilməz – səsinizi kəsin, mən özüm prosesi bilirəm”.

Maraqlı müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: