Xəbər axtarın

Son axtarış nəticələri:

Salyan sakini anasını, atasını və qardaşının arvadını BIÇAQLAYIB - ANA ÖLÜB

27.10.2026 17:25

Salyan sakini anasını, atasını və qardaşının arvadını BIÇAQLAYIB - ANA ÖLÜB

Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Salyan rayon prokurorluğundan Primeinfo.az-a verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş: