Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkian bu gün Rusiyaya gedir

26.10.2026 13:42

Pezeşkian bu gün Rusiyaya gedir

İran Prezidenti Məsud Pezeşkian bu gün Rusiyaya səfər edəcək.

Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İran liderinin Moskvada Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin sammitində iştirakı gözlənilir.

Bir günlük səfər çərçivəsində İran prezidentinin sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşə biləcəyi bildirilir. Görüşlərin kimlərlə keçiriləcəyi barədə isə əlavə məlumat verilməyib.

Paylaş: