Xəbər axtarın

Son axtarış nəticələri:

Əhalinin siyahıyaalması ilə bağlı siyahıyaalma qrupunun işçilərinin MAAŞLARI

26.10.2026 21:29

Əhalinin siyahıyaalması ilə bağlı siyahıyaalma qrupunun işçilərinin MAAŞLARI

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiqlənib.

Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının

CƏDVƏLİ

 

Vəzifələrin adları

 

Aylıq vəzifə maaşları

Siyahıyaalma qrupunun rəhbəri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində
Siyahıyaalma qrupu rəhbərinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici şöbə müdirinin müavininin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində
Rayon (şəhər) statistika idarələri (şöbələri) üçün siyahıyaalma qrupunun

nümayəndələri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq şəhər, rayon və şəhər rayonunun statistika idarəsinin (şöbəsinin) rəisinin aylıq vəzifə maaşının 70 faizi

səviyyəsində

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının təminedici sektor müdirinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində
Baş iqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının baş məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində
Aparıcı iqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının aparıcı məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi səviyyəsində
İqtisadçı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının məsləhətçisinin aylıq vəzifə maaşının 70 faizi

səviyyəsində

 

Qeyd. Bu əlavədə istinad edilən dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşlarının hesablanması zamanı həmin vəzifələr üçün qanunvericiliklə müəyyən edilmiş baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) əsas götürülür.

Paylaş: