
Yaponiyanın Oqasavara adaları yaxınlığında 7 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Sakit okeanın dibində, 470 kilometr dərinlikdə yerləşib. Baş verən yeraltı təkanlar nəticəsində xəsarət alanlar və ya hər hansı dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Oqasavara arxipelaqı Tokiodan 1 200 kilometr cənubda yerləşir. Arxipelaqa daxil olan adalardan yalnız ikisində yaşayış var və onların ümumi əhalisi təxminən 2 500 nəfər təşkil edir.