Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Superliqası: “Fənərbaxça” “Qalatasaray”a qarşı

26.10.2026 11:16

Türkiyə Superliqası: “Fənərbaxça” “Qalatasaray”a qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulacaq.

Primeinfo.az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olacaq.

Prinsipial qarşılaşmada “Qalatasaray” və “Fənərbaxça” komandaları üz-üzə gələcəklər. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Atilla Karaoğlan idarə edəcək.

Turnir cədvəlində “Qalatasaray” 19 xalla 2-ci, “Fənərbaxça” isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçlarında “Beşiktaş” “başakşəhər”i, “Rizəspor” isə “Trabzonspor”u qəbul edəcək.

Paylaş: