
Bu gün futbol üzrə 23-cü Dünya Çempionatı (DÇ) start götürür.
Primeinfo.az-ın Qol.az-a istinadən xəbərinə görə, ilk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunur.
Bu, futbol tarixinin ən böyük mundialı sayılır.
Dünya çempionatında 106 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.
Açılış oyunu bu gün A qrupunda Meksika ilə Cənubi Afrika Respublikası (CAR) arasında olacaq. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Final isə iyulun 19-u ABŞ-a, Nyu-Yorkdakı “MetLife Stadium”a təyin edilib.
DÇ-2026
A qrupu
23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)