Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsində 14 il müddətinə həbs cəzası çıxarılıb. Buna baxmayaraq, onun səhhəti və yaşı nəzərə alınaraq, cəza şərti hesab edilib. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, 88 yaşı olan Ramiz Mehdiyevin əmlakları müsadirə edilib və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə işləmiş Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, 3 milyon manat mənimsəmədə ittiham olunur. Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
Oktyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib. Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar.
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili və keçmiş baş nazir müşaviri Ertan Aydın fond araşdırması çərçivəsində saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, son əməliyyat çərçivəsində daha 5 şübhəli saxlanılıb və iş üzrə saxlanılanların ümumi sayı 31-ə çatıb.
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhv etmədə təqsirləndirilən Cahangir Ramazanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Primeinfo.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 3 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Oktyabrın 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.