Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanın keçmiş baş müşaviri saxlanıldı

22.10.2026 12:30

Ərdoğanın keçmiş baş müşaviri saxlanıldı
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili və keçmiş baş nazir müşaviri Ertan Aydın fond araşdırması çərçivəsində saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, son əməliyyat çərçivəsində daha 5 şübhəli saxlanılıb və iş üzrə saxlanılanların ümumi sayı 31-ə çatıb. Saxlanılanlar arasında Ertan Aydınla yanaşı Abdulla Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da var.

Qeyd edək ki, Ertan Aydın 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi işlər üzrə baş müşaviri təyin olunub və Əhməd Davudoğlunun baş nazirliyi dövründə də bu vəzifədə çalışıb.

Paylaş: