
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ yaxın vaxtlarda Azərbaycana gələcək.
Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən bildirir.
Məlumata görə, səfər planı Türkiyə-Azərbaycan münasibətləri ilə əlaqədar son dövrlərdə səsləndirilən açıqlamalardan sonra gündəmə gəlib.
Ümit Özdağ bir neçə gün əvvəl Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini vurğulayıb. O, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək təşəbbüslərlə bağlı xəbərdarlıq edib.