Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: nazirlər kabineti

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri TƏSDİQLƏNİB

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri TƏSDİQLƏNİB

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada TƏSDİQLƏNİB

Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada TƏSDİQLƏNİB

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” yeni redaksiyada təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qaydalara əsasən, sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.

Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında ƏSASNAMƏ

Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında ƏSASNAMƏ

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir.

Sahibkarlarla bağlı YENİ QƏRAR

Sahibkarlarla bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” 2 iyun 2023-cü il tarixli qərarında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini “Büdcə sistemi haqqında” qanunun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-nə qədər Maliyyə Nazirliyinə təqdim edəcək.

Azərbaycandan ixrac olunan vintlər üçün gömrük rüsumu artırılıb

Azərbaycandan ixrac olunan vintlər üçün gömrük rüsumu artırılıb

Azərbaycandan ixrac olunan vintlər (boltlar və qaykalar) üçün gömrük rüsumu artırılıb. Primeinfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Beləliklə, 31 dekabr 2029-cu il tarixinədək vintlərin (boltlar və qaykalar) 1000 kiloqramı üçün ixrac gömrük rüsumu 300 ABŞ dolları olacaq.

İki incəsənət məktəbi Mədəniyyət Nazirliyinin tabeliyinə daxil edilib

İki incəsənət məktəbi Mədəniyyət Nazirliyinin tabeliyinə daxil edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Primeinfo.az-ın xəbərinə görə, qərara əsasən, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahına daxil edilib.

Azad edilən ərazilərdə idxal güzəştlərinin olduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi GENİŞLƏNDİRİLİB

Azad edilən ərazilərdə idxal güzəştlərinin olduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi GENİŞLƏNDİRİLİB

“İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib.