“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq.
Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq.
Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 11 aprel 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda öz əksini tapmış İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyənləşdirilib.
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.
Ermənistan hökuməti 6 noyabr tarixində milli təhlükəsizlik sistemində ciddi struktur islahatlarına start verib. Primeinfo.az erməni mediasına istinadən xəbər verir ki, yerli Nazirlər Kabineti təcili qaydada qanunvericiliyə dəyişiklikləri təsdiqləyərək Milli Təhlükəsizlik Xidmətində (MTX) yeni və strateji əhəmiyyətli bir qurum — xarici əks-kəşfiyyat bölməsinin yaradılmasını qərara alıb. Qanun layihəsi təcili müzakirə üçün parlamentə göndərilib.
Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.