Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin yerləşdiyi məntəqələrin ünvanları təsdiqlənib.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla qaydaya yeni bənd əlavə edilib.
Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər.
Nazirlər Kabineti (NK) “Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nı təsdiq edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.
Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilib. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Müdafiə haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil etmək səlahiyyəti ləğv edilib.
Baş nazir TDT Baş katibi ilə görüşüb
Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikası üdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib.
Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Qeyd edlib ki, bununla əlaqədar hazırda İran İslam Respublikasından Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycan Respublikasından İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.