Bakıda 20 sentyabr metro stansiyası olacaq. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.
Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib. Primeinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb. Sərəncama əsasən, Dövlət Turizm Agentliyi: – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qaydaya əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Baş nazir Əli Əsədov iyulun 14-də “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru Arnout Damen ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan ilə “Damen Shipyards Group” arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
“Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Akkreditasiya Komissiyası tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən yaradılan komissiyadır.
“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiləqnib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Publik hüquqi şəxslərə tapşırılıb ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.