
“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiləqnib.
Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Publik hüquqi şəxslərə tapşırılıb ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması
SİYAHISI
| Publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin adları | İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları |
| 1 | 2 |
| 1. Tabeliyi olmayan publik hüquqi şəxslərdə mövcud olan vəzifələr: | 1. Digər mərkəzi icra hakimiyyəti orqanlarında vəzifələr: |
| 1.1. Rəhbər vəzifələr: | 1.1. İnzibati vəzifələr: |
| aparat rəhbəri | aparat rəhbəri |
| aparat rəhbərinin müavini | aparat rəhbərinin müavini |
| departament müdiri, müstəqil şöbə müdiri | şöbə müdiri |
| departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini | şöbə müdirinin müavini |
| rəhbərin müşaviri, rəhbərin köməkçisi | rəhbərin müşaviri, köməkçisi |
| bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis
(baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.) |
sektor müdiri, baş mühasib |
| 1.2. Müxtəlif ixtisaslardan və adlardan olan mütəxəssislər kateqoriyasına aid olan
vəzifələr: |
1.2. İnzibati vəzifələr: |
| struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis | baş məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar | böyük məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcə olanlar | aparıcı məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar | məsləhətçi |
| 1.3.Texniki icraçılar (digər qulluqçular) və fəhlələr | 1.3. Yardımçı vəzifələr: |
| əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar | baş mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcə olanlar | böyük mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar | aparıcı mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar | mütəxəssis |
| 2. Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində
yaradılan publik hüquqi şəxslərdə mövcud olan vəzifələr: |
2. Digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində
vəzifələr: |
| 2.1. Rəhbər vəzifələr: | 2.1. İnzibati vəzifələr: |
| idarəetmə orqanının rəhbəri | rəhbər |
| idarəetmə orqanının rəhbərinin müavini | rəhbərin müavini |
| departament müdiri, müstəqil şöbə müdiri | şöbə müdiri |
| rəhbərin müşaviri, rəhbərin köməkçisi,
departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini |
şöbə müdirinin müavini |
| bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.) | sektor müdiri, baş mühasib |
| 2.2. Müxtəlif ixtisaslardan və adlardan olan mütəxəssislər: | 2.2. İnzibati vəzifələr: |
| struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis | baş məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar | böyük məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar | aparıcı məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar | məsləhətçi |
| 2.3.Texniki icraçılar (digər qulluqçular) və fəhlələr | 2.3. Yardımçı vəzifələr: |
| əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar | baş mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar | böyük mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar | aparıcı mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar | mütəxəssis |
| 3. Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin
tabeliyində olan publik hüquqi şəxslərdə mövcud olan vəzifələr: |
3. Digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində vəzifələr: |
| 3.1. Rəhbər vəzifələr: | 3.1. İnzibati vəzifələr: |
| bütün adlardan olan struktur bölmə (departament, şöbə, sektor, qrup və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.); | sektor müdiri, baş mühasib |
| 3.2. Müxtəlif ixtisaslardan və adlardan olan mütəxəssislər: | 3.2. İnzibati vəzifələr: |
| struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis | baş məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar | böyük məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar | aparıcı məsləhətçi |
| əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar | məsləhətçi |
| 3.3. Texniki icraçılar (digər qulluqçular) və fəhlələr | 3.3. Yardımçı vəzifələr: |
| əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar | baş mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar | böyük mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar | aparıcı mütəxəssis |
| əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar | mütəxəssis |
Qeyd. Tabeliyi olmayan publik hüquqi şəxslərdə və dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və ixtisas dərəcə si olmayan fəhlə vəzifələrində çalışan işçilərin aylıq vəzifə maaşları müvafiq olaraq “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi ilə müəyyən edilmiş 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə eyniadlı vəzifələrdə çalışan işçilərin aylıq vəzifə maaşları isə 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində müəyyən edilir.