Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Kamboca – Azərbaycan

Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Primeinfo.az xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub. Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Azərbaycanla Kamboca ticarət əlaqələrini yaxşılaşdırmaq üçün çərçivə SAZİŞİ

Azərbaycanla Kamboca ticarət əlaqələrini yaxşılaşdırmaq üçün çərçivə SAZİŞİ

Azərbaycanla ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün çərçivə sazişinin imzalanması barədə razılığa gəldik. Primeinfo.az xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib. Baş nazir qeyd edib ki, 2014-cü ildə baş tutan səfər zamanı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən yol xəritəsi hazırlayıblar: “Əminəm ki, bugünkü səfərimdən sonra ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün müxtəlif sahələrdə birgə işləyə biləcəyik.

Kamboca Baş naziri Azərbaycana təşəkkür edib

Kamboca Baş naziri Azərbaycana təşəkkür edib

Kamboca Krallığının Baş naziri Hun Senin adından Kamboca nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda birgə təşkilinə görə Azərbaycana və BMT-yə dərin təşəkkürünü bildirir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Kambocanın Baş nazirinin müavini Say Samal bildirib. O qeyd edib ki, son 500 il ərzində davam edən daxili münaqişələr və müharibələr Kambocanı çox həssas bir dövlətə çevirib: “Fransa müstəmləkəçiliyindən xilas olduqdan sonra Kamboca gənc və dinamik bir ölkə idi.