
Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib.
Primeinfo.az xəbər verir ki,hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Kamboca Krallığının Baş naziri Hun Maneti və xanımı Piç Çanmonini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.