Xəbər axtarın

Son axtarış nəticələri:

Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub

11.10.2026 10:45

Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub

Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub.

Primeinfo.az xəbər verir ki,bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib.

Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra əfqan bölmələrinin cavab verdiyini bildirib. Ordu rəsmisinin sözlərinə görə, Əfqanıstan hərbçiləri arasında itki yoxdur və toqquşma başa çatıb.

Paylaş: