Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

11.10.2026 17:15

Rusiyada "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

Primeinfo.az xəbər verir ki,bu barədə “Yandex Cloud” teleqram kanalında bildirib.

Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər.

Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun sabitliyinə zəmanət verilmir.

Məlumat mərkəzinin işini nə vaxt tam bərpa edəcəyi hələ məlum deyil.

Paylaş: