Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

29.08.2026 10:00

Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var

Rusiyanın Ukraynanın Jitomir şosesi yaxınlığındakı anbarlara hava hücumundan sonra Kiyev bölgəsində 200-dən çox insan təxliyə edilib. Hələlik say açıqlanmasa da, həlak olanlar barədə məlumat verilib.

Bu barədə Primeinfo.az Kiyev vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun açıqlamasına istinadla xəbər verir.

“Təəssüf ki, düşmən hücumu nəticəsində həlak olanlar var. Onların sayı barədə yekun məlumatımız yoxdur. Xilasedicilər və bütün müvafiq xidmətlər yerində işləməyə davam edirlər”, – deyə Tkaçenko yazıb.

Yanğınsöndürənlər yanğını söndürməyə davam edirlər.

Tkaçenko hazırda insanlara kömək etməyin və onların təhlükəsizliyini təmin etməyin vacib olduğunu yazıb, Buça rayonundakı hücum yerində təcili yardım mərkəzinin yaradıldığını qeyd edib.

Paylaş: