Xəbər axtarın

Son axtarış nəticələri:

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb - FOTO

10.10.2026 10:15

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb - FOTO

Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.

Primeinfo.az xəbər verir ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb - FOTO

Paylaş: