Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Beyləqanda şagirdlər öz hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR - FOTO - YENİLƏNİB

09.10.2026 15:05

TƏCİLİ: Beyləqanda şagirdlər öz hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR - FOTO - YENİLƏNİB

Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib.

“Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”, məlumatda deyilir.

***

14.44

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb”.

Bu barədə Primeinfo.az-a AQTA-dan məlumat verilib.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş: