Xəbər axtarın

Son axtarış nəticələri:

Çində məmur dövlət sirrini yaydığına görə ölüm cəzasına MƏHKUM EDİLİB

23.11.2026 20:56

Çində məmur dövlət sirrini yaydığına görə ölüm cəzasına MƏHKUM EDİLİB

Çin xarici dövlətə dövlət sirrini yaydığına görə mərkəzi aparatın məmurunu ölüm cəzasına məhkum edib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Çinin Dövlət Sirrinin Mühafizəsi üzrə Milli İdarəsinin fəaliyyətinə nəzarət edən “Baomiguan” nəşrinin məlumatına görə, yalnız Ma soyadı ilə tanınan məmur xaricdə xidmət edərkən xarici kəşfiyyat xidməti tərəfindən ələ alınıb.

Çinə qayıtdıqdan sonra Ma guya öz kuratorunun göstərişi ilə “uzunmüddətli” əməliyyat zamanı 100-dən çox kəşfiyyat hesabatı, o cümlədən sonradan dövlət sirri kimi tanınan 35 sənəd göndərib və bunun müqabilində milyon yuandan (150 min dollar) çox pul alıb.

Paylaş: