ABŞ-nin Azərbaycandakı Səfirliyi yeni vakansiya elan edib. Primeinfo.az xəbər verir ki, səfirliyin İqtisadiyyat şöbəsində İctimai səhiyyə üzrə mütəxəssis (Public Health Specialist) vəzifəsi üzrə işə qəbul aparılır. Vakansiya müvafiq ixtisas və peşə təcrübəsinə malik namizədlər üçün nəzərdə tutulub.
TRIPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. Primeinfo.az ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki,bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (National Defense University – NDU) və Yaxın Şərq – Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (Near East South Asia Center for Strategic Studies – NESA) olub.
ABŞ-ın Çikaqo şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə dövlət bayrağı ucaldılıb. Primeinfo.az xəbər verir ki,oktyabrın 16-da şəhərin mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Bayrağı qaldırılıb. Təşəbbüs Amerikanın Orta Qərb Azərbaycan Mərkəzi (Azerbaijan Center of Midwest America – ACMA) tərəfindən həyata keçirilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib.
10 avqust tarixində Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında tərəfdaşlığın geniş spektr üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müzakirələr zamanı, xüsusilə, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkür edib.
ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair “Newsmax” portalında məqalə dərc edib.
ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.