Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

23.11.2026 20:09

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

ABŞ-nin Azərbaycandakı Səfirliyi yeni vakansiya elan edib.

Primeinfo.az xəbər verir ki, səfirliyin İqtisadiyyat şöbəsində İctimai səhiyyə üzrə mütəxəssis (Public Health Specialist) vəzifəsi üzrə işə qəbul aparılır.

Vakansiya müvafiq ixtisas və peşə təcrübəsinə malik namizədlər üçün nəzərdə tutulub.

Bildirilib ki, vəzifə birillik müvəqqəti xarakter daşıyır. Maliyyə vəsaitinin mövcudluğundan asılı olaraq, iş müddəti uzadıla bilər.

Namizədlər vakansiya barədə ətraflı məlumat əldə etmək və müraciət etmək üçün ABŞ-nin Elektron İşə Qəbul Sisteminə (ERA) daxil olmalıdırlar. Müraciət qaydaları ilə bağlı videotəlimat da təqdim olunub.

Vakansiya üzrə son müraciət tarixi 3 dekabr 2026-cı ildir.

Əlavə məlumat və faydalı resurslar üçün Səfirliyin rəsmi internet səhifəsinə daxil olun: //az.usembassy.gov/jobs/

Paylaş: