Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Kiyev üçtərəfli görüşə hazırlaşır və Ərdoğanla danışıqlar zamanı Zelenski belə bir görüşün Türkiyədə keçirilməsi və prosesə Ankaranın, eləcə də Ukraynanın Avropa və digər tərəfdaşlarının cəlb edilməsi imkanını müzakirə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki,bunu Zelenski İstanbulda Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. Ukrayna Prezidenti tərəflərin Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi və səmərəliliyinin artırılması istiqamətində birgə işləmək barədə razılaşdıqlarını qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib. Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək.
Rusiya Ukraynada elə bir bataqlığa düşüb ki, onu onillərlə ordan buraxmayacaqlar. Lazım gəldikdə bu illər ərzində həmin münaqişəni isidəcəklər, lazım gədikdə də söndürəcəklər…
Rusiya Ukraynanın 12 vilayətinə zərbələr endirib. Ümumilikdə 5-i uşaq olmaqla 34 nəfər yaralanıb, 2 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski xaricdə yaşayan 9,5 milyon ukraynalının ölkəyə qayıtmasının vacib olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Bizə 9,5 milyon insanın – evlərini itirən və müxtəlif ölkələrdə xaricdə olan insanların – Ukraynaya qayıtması lazımdır.
“Rusiya ilə Ukrayna arasında savaşın dayandırılmasını dəstəkləyirəm. Açığını desəm, Zelenski bu məsələdə elə də kömək etmir”.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Primeinfo.az xəbər verir ki,bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər.