
İstənilən mümkün təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir.
Primeinfo.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki,bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi İran ordusunun yüksək rütbəli komandirləri bugünkü görüşündə bildirib.
İranın Ali Rəhbəri görüşdə “düşmənlərlə güclü qarşıdurmaya hazır olmaq üçün ağıllı döyüş hazırlığını maksimum çəkindiriciliyin” zəruri şərtlərindən biri kimi qiymətləndirib.
O, istənilən səviyyə və xarakterli təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməsinin vacibliyini bildirib.