Xəbər axtarın

Son axtarış nəticələri:

İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb

30.10.2026 13:26

İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb
İtaliyada kütləvi etirazların yeni dalğası başlayıb, ən irimiqyaslı aksiyaların Milanda keçiriləcəyi gözlənilir.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Etirazçılar əməkhaqqının artan yaşayış xərclərinə uyğun olaraq tənzimlənməsini tələb edirlər. Həmkarlar ittifaqları hökuməti ilkin tələbat mallarının, kommunal xidmətlərin və kirayə qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görməyə, həmçinin ilkin tələbat malları üzrə ƏDV-nin azaldılmasına çağırır.

Milanda ictimai asayişlə bağlı qırmızı həyəcan səviyyəsi tətbiq edilib. Aksiyalarda 10 minə yaxın nümayişçinin, o cümlədən fəhlə və tələbələrin iştirakı gözlənilir. Marşrut Politexnik Universitetindən mərkəzə qədər uzanacaq. Etirazçılar həmçinin Paduyaya aparan dairəvi yolun bağlanmasını tələb edirlər.

Bundan başqa, oktyabrın 30-da Roma, Bolonya, Turin və digər şəhərlərdə də etiraz aksiyaları planlaşdırılır.

 

Paylaş: