Xəbər axtarın

Son axtarış nəticələri:

Hulusi Kılıç: "Ankara Bakının razılığı olmadan Ermənistanla sərhədini açmaz" - VİDEO

29.10.2026 13:49

Hulusi Kılıç: "Ankara Bakının razılığı olmadan Ermənistanla sərhədini açmaz" - VİDEO

“Türkiyə Azərbaycanın razılığı olmadan addım atmaz. Ermənistan rəsmiləri ilə görüşmək, danışmaq başqa, sərhədləri açmaq tamam başqa”.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirib.

O, Prime TV-nin “Qırmızı masa” canlı platformasında Azərbaycan-Türkiyə münasibətlərini, o cümlədən, Türkiyənin Ermənistanla quru sərhədini açması ehtimalını şərh edib.

“Əsas olan nədir? Azərbaycanın gözlədiyi şərtlər var: Ermənistan Konstitusiyasında maddənin qalxması. Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan və konstitusiya dəyişikliyi edilmədən sülh sazişinin imzalanması mümkün deyil. Türkiyə yalnız o maddə aradan qalxandan sonra sərhəddi açacaq. Yəni, hər kəs rahat olsun, Türkiyənin elə bir planı yoxdur”, – deyə H.Kılıç vurğulayıb.

 

Paylaş: