
Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.
Primeinfo.az xəbər verir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.
Real TV və Space TV-nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.
Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.
Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.