Xəbər axtarın

Son axtarış nəticələri:

Dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb

27.10.2026 18:59

Dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş: