Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Primeinfo.az xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı.
ICESCO Prezident İlham Əliyevə Azərbaycanda əməkdaşlığa və tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib. Primeinfo.az xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib. O, həmçinin, görüşü təşkil etdiyinə, nazirləri və beynəlxalq təşkilatları bir araya gətirdiyinə, ümumi narahatlıqları aşaraq praktiki qərarlar qəbul etmək imkanı yaratdığına görə Azərbaycanın Mədəniyyət Nazirliyinə də təşəkkür edib: “Əsas uğur həmin qərarların insanların həyatında yaradacağı dəyişikliklə ölçüləcək.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Məlumata görə, 9–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə öz adımdan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından səmimi təbriklərimizi çatdırmaqdan və ən yüksək ehtiramımızı ifadə etməkdən şərəf duyuram.
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir. Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.
Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb. Primeinfo.az xəbər verir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. Ətraflı Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir. Primeinfo.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır.