Azərbaycana hücumda iştirak edən Yıldırımın ifadəsi alındı
Azərbaycanın Türkiyənin “arzuolunmaz şəxs” elan etdiyi 31 vətəndaşından biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Axar.az xəbər verir ki, o, bu barədə özünün X səhifəsində yazıb. “Ötən həftə mən Türkiyənin 31 vətəndaşı ilə birlikdə Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edildim və Azərbaycana girişimiz qadağan edildi, çünki mən Azərbaycanda hicab qadağasını tənqid etmişdim.