Xəbər axtarın

Son axtarış nəticələri:

Mehriban Əliyeva Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib - FOTO

26.10.2026 12:35

Mehriban Əliyeva Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib.

Primeinfo.az xəbər verir ki, mətndə deyilir:

“Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, MEHRİBAN”.

Paylaş: