Oktyabrın 23-də Azərbaycanın Ankara böyükelçisi Rəşad Aslanov MHP sədrini partiya qərargahında ziyarət edib. Böyükelçinin gəlişindən videolar MHP-nin sosial şəbəkə səhifələrində “Bakıya get” mahnısı ilə təqdim olunub.
Primeinfo.az xəbər verir ki,MHP sədri, partiyanın sədr müavinləri, eləcə də millət vəkili olan partiya üzvləri son günlər Azərbaycanla Türkiyə arasında yaradılmasına cəhd edilən gərginlikdə birlik, qardaşlıq mesajları ilə diqqət çəkiblər.
Devlet Bahçeli 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı yaydığı açıqlamada iki dövləti “bir ananın iki oğlu” adlandırıb, heç bir gücün Azərbaycan-Türkiyə münasibətlərini poza bilməyəcəyini vurğulayıb.