Şimali Koreya lideri Kim Çen Inın Çinin Dandun əyalətinə səfəri zamanı onu ÇXR sədri Si Cinpinqin əsas məsləhətçilərindən biri olan Van Hunin müşayiət edib. Primeinfo.az xəbər verir ki,bu barədə “Xinhua” agentliyi xəbər verir. Bildirilir ki, o, Kim Çen Ina Si Cinpinqin səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
Oktyabrın 24-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Oryol şəhərində “Tolyattikauçuk” zavodunu, “Proton-Elektrotex” ASC-ni və Yeysk aerodromundakı təyyarəni vurub.
Ukraynanın enerji obyektlərinə zərbələri ötən gecə Rusiya və işğal olunmuş ərazilərdə elektrik böhranı yaradıb. Primeinfo.az xəbər verir ki,ilk olaraq Krımda elektrik kəsilməsi barədə məlumat verilib: əsas yarımstansiyalar sıradan çıxarılıb və bütün yarımada elektriksiz qalıb. Rusiyanın nəzarətində olan bir neçə digər bölgədə də elektrik kəsilməsi və kəsintiləri barədə məlumat verilib.
Ukraynanın Rusiya ərazisindəki mühüm obyektlərə hücumları davam edir. Primeinfo.az xəbər verir ki, ötən gecə Taqanroq dron hücumuna məruz qalıb bir neçə obyektdə yanğın başlayıb. Taqanroqda hücum hədəflərindən birinin yerli aerodrom olduğu bildirilir.