Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Şimali Koreya lideri Çinə səfər edib

Şimali Koreya lideri Çinə səfər edib

Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib. Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki,Kim Çen In bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib. Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.

Çində 7 maqnituda gücündə ZƏLZƏLƏ

Çində 7 maqnituda gücündə ZƏLZƏLƏ

Çinin cənub-qərbində Tibetdə 7 maqnituda gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Prezident Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Prezident Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın “TEHA Group” şirkətinin Beynəlxalq sammitlər üzrə koordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

ADY: Çindən yeni lokomotivlər Bakıya gətirildi - FOTO

ADY: Çindən yeni lokomotivlər Bakıya gətirildi - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir. Primeinfo.az xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb. Magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir.

Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı köməyə çağırıb

Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı köməyə çağırıb

Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan gizli şəkildə Yəməndəki Husiləri dayandırmağa kömək etməsini istəyib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ə məsələdən məlumatlı üç iranlı mənbə bildirib. Mənbələrin sözlərinə görə, Husilər Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişlər etdikdən sonra Ər-Riyad kömək üçün Çinə müraciət edib.

Zakir Həsənov Çində Syanşan Forumunda - FOTO

Zakir Həsənov Çində Syanşan Forumunda - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC – China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub.

Əli Nağıyev Çinə gedib - FOTO

Əli Nağıyev Çinə gedib - FOTO

Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib. Bu barədə Primeinfo.az-a DTX-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.

Pekində dronların istifadəsi qadağan ediləcək

Pekində dronların istifadəsi qadağan ediləcək

Yeni qaydalara əsasən, Pekin şəhəri hüdudları daxilində pilotsuz uçuş aparatlarının istifadəsi qadağan ediləcək. Primeinfo.az “Associated Press”ə istinadən xəbər verir ki,dronların istifadəsinə nəzarətin sərtləşdirilməsi çərçivəsində may ayında artıq bu cihazların satışına qadağa qüvvəyə minib, onlara sahib olmaqla bağlı qadağa isə noyabrın ortalarından etibarən tətbiq olunacaq. Qeyd olunur ki, Çin paytaxtının hakimiyyət orqanları təhlükəsizlik səbəblərini əsas gətirərək icazəsiz dron uçuşlarını qadağan edib və şəhərin inzibati ərazisini məhdudlaşdırılmış hava məkanı zonası elan edib.

Qətərin Baş naziri sabah Çinə səfər edəcək

Qətərin Baş naziri sabah Çinə səfər edəcək

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 7-də Çinə iki günlük səfər edəcək. Primeinfo.az QNA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. Məlumata görə, baş nazir səfər zamanı iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, eləcə də hər iki ölkənin maraqları naminə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün yüksəkvəzifəli Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.