
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Primeinfo.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 24 ailə (86 nəfər), Quzeyxırman kəndinə 11 ailə (53 nəfər), Xocavənd kəndinə 3 ailə (11 nəfər), Hadrut qəsəbəsinə 2 ailə (6 nəfər), Ağdərənin Heyvalı kəndinə isə 2 ailə (7 nəfər) yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.







