Xəbər axtarın

Son axtarış nəticələri:

Politoloqdan ÇAĞIRIŞ: “Türkiyə ilə aramızı vura bilməyəcəksiniz” – VİDEO

22.10.2026 15:29

Politoloqdan ÇAĞIRIŞ: “Türkiyə ilə aramızı vura bilməyəcəksiniz” – VİDEO

“Rusiyada, İranda, hətta İsraildə belə Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsini, pozulmasını istəyən qüvvələr var”.  

Primeinfo.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) bünövrəsini Azərbaycan-Türkiyə ittifaqı təşkil edir. Təxribatçılar bu ittifaqı zəiflətməyə çalışarlarsa, TDT da zərər görər:

“Mərkəzi Asiyanın gözü indi bizdədir. Mərkəzi Asiya, Türk dövlətləri görsələr ki, Azərbaycan-Türkiyə ittifaqı zəifləyir, onlar da bir az kənarlaşmağa çalışacaqlar. Bu da Rusiya, İran və Qərbdəki müəyyən dairələrin maraqlarına xidmət edəcək”.

O əlavə edib ki, təxribatçı qüvvələr nə qədər səy göstərsələr də, Türkiyə ilə Azərbaycanın arasını vura bilməyəcəklər.

Davamı “Qırmızı masa”da:

Paylaş: