Xəbər axtarın

Son axtarış nəticələri:

Kobaxidze: “Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik”

21.10.2026 15:17

Kobaxidze: “Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik”

“Gürcüstan üçün həm Azərbaycan, həm də Ermənistanla sərhədlərin delimitasiya və demorkasiyası böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”.

Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan və Ermənistan tərəfi ilə daimi dialoq aparılır.

“Azərbaycan və Ermənistanla aparılan müzakirələrdə bu prosesin fəal şəkildə davam etdirilməsi barədə qarşılıqlı anlaşma əldə olunub. Ümid edirik ki, bu istiqamətdə ciddi irəliləyiş əldə edəcəyik. Hazırda fəal iş aparılır”, – deyə Baş nazir əlavə edib.

Paylaş: