
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsselə işgüzar səfəri çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin “X” hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan–NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Tərəflər tərəfdaşlığı dərinləşdirmək, siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.
During a working visit to Brussels, Representative of 🇦🇿 President on special assignments Elchin Amirbayov met with Kevin Hamilton, NATO Secretary General’s Special Representative for Caucasus and Central Asia. In a constructive exchange, they discussed the current state and future prospects of 🇦🇿- NATO cooperation and reaffirmed their shared desire to deepening partnership and advancing mutually beneficial cooperation across political, military and humanitarian dimensions.
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) October 21, 2026