Xəbər axtarın

Son axtarış nəticələri:

Hava limanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyətlər TƏTBİQ OLUNUB - VİDEO

20.10.2026 15:00

Hava limanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyətlər TƏTBİQ OLUNUB - VİDEO

Hazırda Zığ şosesində hava limanı istiqamətində aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında bildirilib.

Qeyd olunub ki, NİİM yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədəki məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edib.

Hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 kilometrsaatadək endirilib. Digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında “X” işarələri aktivləşdirilib.

Sürücülərdən yolun həmin hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.

Paylaş: