Xəbər axtarın

Son axtarış nəticələri:

Parisdə etirazçılar Luvr muzeyinin girişini bağladılar - FOTO - VİDEO

19.10.2026 20:54

Parisdə etirazçılar Luvr muzeyinin girişini bağladılar - FOTO - VİDEO

Fransada etiraz aksiyaları davam edir.

Primeinfo.az xəbər verir ki, tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb.

Girişin etirazçılar tərəfindən bloklanması muzeyə daxil olmaq istəyən turistlərin etirazına və tərəflər arasında mübahisəyə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən ərazidə çox sayda turistin toplaşdığını görmək mümkündür.

Luvr sarayının ərazisində yerləşən Luvr Məktəbinin tələbələri də etirazçılara qoşulublar.

Parisdə etirazçılar Luvr muzeyinin girişini bağladılar - FOTO - VİDEO

Qeyd edək ki, bütün Fransada davam edən etirazlar, eləcə də iğtişaşlar və toqquşmalarla əlaqədar olaraq, baş nazir Sebastyan Lekornyu bu gün qurumlararası böhran mərkəzinin müşavirəsini keçirəcək.

Bir sıra şəhərlərdə artıq komendant saatı elan edilib.

Fransada etiraz aksiyalarının təşkilində iştirak edən koordinasiya qrupu bazar ertəsi aksiyaların ikinci mərhələsinin oktyabrın 24-də və 31-də keçiriləcəyini elan edib.

Xatırladaq ki, sentyabrın sonunda Parisdə başlayan tələbə və şagirdlərin etirazları daha sonradan bütün ölkəni əhatə edib. Aksiya iştirakçıları təhsil sahəsində müəllim çatışmazlığı, dərs yükü və digər problemlərin aradan qaldırılmasını tələb edirlər. Bəzi ərazilərdə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.

 

Paylaş: