Xəbər axtarın

Son axtarış nəticələri:

Rəşidə Behbudovadan ŞOK: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" - FOTO

20.10.2026 15:26

Rəşidə Behbudovadan ŞOK: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" - FOTO

“Azərbaycanın ilk şəhidi Rəşid Behbudov Moskvada Qorbaçovun üzünə “Qarabag Azərbaycanındır” deyən, fiziki işgəncələrə məruz qalan – əl dırnaqları çıxarılan, ayaq dırnaqları çıxarılan, dişləri çıxarılan bu KİŞİ olub”.

Primeinfo.az xəbər verir ki, bu sözləri SSRİ xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun qızı əməkdar artist Rəşidə Rəşid “Facebook” sosial şəbəkə hesabında yazıb.

“Bakıya gətiriləndən sonra məsciddə yuyulanda bədəninin nə halda olduğunu görüblər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım, qızı Rəşidə xanım xəstəxanada olurdular, yanına buraxılmırdılar. Bu AD Azərbaycan üçün böyük itki oldu, çox böyük.

Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi.

Bu gün MAESTRONUN ruhu şaddır. Biz qalibik… Allah Sizə rəhmət eləsin, səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan USTAD”, – o qeyd edib.

Paylaş: